İlham Əliyev Azərbaycanın 10 milyonuncu sakininə ev verdi

9 Aprel 2019 11:46 (UTC+04:00)

Prezident İlham Əliyev Azərbaycanın 10 milyonuncu sakininin ailəsinə mənzil bağışlayıb.

Bu gün keçirilən görüşdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mənzilin sənədlərini körpənin atasına təqdim edib. Habelə körpənin hesabına vəsait də köçürülüb.