Bakı-Qazax yolunda ölüm hadisəsi

10 Aprel 2019 23:46 (UTC+04:00)

Bakı-Qazax avtomobil yolunda piyadanı avtomobil vuraraq öldürüb.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə magistral yolun Goranboy rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Avtomobilin vurduğu kişi piyada aldığı xəsarətlərdən elə hadisə yerindəcə ölüb.

Hazırda ölən piyadanın şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.