Sudan prezidenti həbs olundu, hökumət ləğv edildi

11 Aprel 2019 16:28 (UTC+04:00)

Sudan prezidenti Ömər əl Bəşir həbs edilib, hökumət və yerli idarəetmə orqanları ləğv olunub.

Publika.az xəbər verir ki, bunu Sudanın müdafiə naziri Avad Məhəmməd Əhməd ibn Əfv deyib.

Nazir bildirib ki, ölkədə 3 aylıq fövqəladə vəziyyət elan edilib. Qərar çərçivəsində 1 ay boyunca saat 19:00-dan sonra küçəyə çıxmaq qadağan olunub. Nazirin sözlərinə görə, qurulacaq hərbi şura 2 il ölkəni idarə edəcək. Bundan sonra prezident seçkiləri keçiriləcək.

Zümrüd