Sudanda komendant saatının tətbiqinə başlanıldı

12 Aprel 2019 01:30 (UTC+04:00)

Sudanın hərbi hakimiyyəti ölkədə komendant saatının tətbiqinə başlayıb.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, komendant saatı yerli vaxtla 22:00-dan 04:00-dək təyin olunub. Hərbçilər qeyd edib ki, bu sərəncam bir ay ərzində qüvvədə olacaq.

Xatırladaq ki, aprelin 11-də Sudan hərbçiləri ölkə prezidenti Ömər əl-Bəşiri hakimiyyətdən kənarlaşdırıb. Bundan öncə ölkədə əhali tərəfindən aylarla etiraz aksiyaları keçirilirdi.