Sudanda gözlənilməz istefa

13 Aprel 2019 02:57 (UTC+04:00)

Sudan müdafiə naziri və Hərbi Keçid Şurasının rəhbəri Avad bin Auf istefa verib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, şəxsi istəyi ilə vəzifəsindən ayrıldığını açıqlayıb.

Əbdülfəttah Əl-Burhan and içərək Hərbi Keçid Şurasının rəhbəri vəzifəsinin icrasına başlayıb. Şurasının sədr müavini Kamal Əbdülmaruf da vəzifəsindən ayrılıb.