Azərbaycanda yaşandığı deyilən bu şok olayın harada olması ORTAYA ÇIXDI - VİDEO

13 Aprel 2019 15:10 (UTC+04:00)

Son günlər bir şəxsin əlindəki çantası ilə birlikdə gömrük-keçid məntəqəsində “X-ray” cihazından keçməsi sosial şəbəkələrdə əsas müzakirə mövzusu olub.

Publika.az
xəbər verir ki, videogörüntülərdə bir gəncin yüklərin yoxlanması üçün nəzərdə tutulan “X-ray” cihazına çantası ilə birlikdə özünün də daxil olduğu görünür.

Gülüş hədəfi olan bu hadisənin Azərbaycanda çəkildiyi iddia edilsə də, Azərbaycan Dövlət Gömrük Komitəsi iddianı təkzib edib.

Türkiyə mediası bu hadisənin Ermənistan-Gürcüstan sərhədindəki Baqratesyan gömrük-keçid məntəqəsində baş verdiyini yazıb.



Asif