Burak Özçivit və Fahriye Evcen cütlüyünün övladı oldu - FOTO

13 Aprel 2019 16:51 (UTC+04:00)

Burak Özçivit və Fahriye Evcen cütlüyünün övladı dünyaya gəlib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fahriye Evcenin oğlu bir neçə saat əvvəl İstanbulda, özəl xəstəxanada dünyaya gəlib.

Məlum olub ki, ulduz cütlüyün Karan adını qoyduğu körpənin səhhəti yaxşıdır, çəkisi 3670 qram, boyu isə 52 m-dır.