Azərbaycanlı erməniyə qalib gəldi

13 Aprel 2019 20:34 (UTC+04:00)

Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Publika.az xəbər verir ki, beşinci yarış günündə Dünya və Avropa çempionu Eldəniz Əzizli ilk görüşündə serb güləşçini cəmi 1 dəqiqə 54 saniyəyə məğlub edib. Eldəniz 1/4 finalda əsas rəqiblərindən sayılan gürcü idmançıya da heç bir şans verməyib və vaxtından əvvəl qələbə qazanaraq yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Rusiya güləşçisinə uduzan Əzizli aprelin 13-də bürünc medal uğrunda türk idmançıyla güləşib və çətinlik çəkmədən qələbə qazanıb.