"Barselona" yarımfinalda, Turində "Ayaks" möcüzəsi - VİDEO

17 Aprel 2019 01:10 (UTC+04:00)

Ötən gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına start verilib.

Publika.az xəbər verir ki, keçirilən iki görüşlə ilk yarımfinalçılar bəlli olub.

Evində 0:1 hesabı ilə "Barselona"ya məğlub olan "Mançester Yunayted" İspaniyada da meydanı başıaşağı tərk edib - 3:0.

Digər matçda isə "Yuventus" "Ayaks"ı qəbul edib. Hollandiyada keçirilən qarşılaşmada 1:1-lik nəticə qeydə alındığından Turin təmsilçisi növbəti mərhələyə yaxın görünsə də, hollandlar qələbə qazanaraq "Real"dan sonra "Yuventus"u da Avropanın ali klub turnirindən kənarlaşdırıb. - 1:2.

Digər iki yarımfinalçı aprelin 17-də keçiriləcək "Portu" - "Liverpul" (İlk oyun - 0:2) və "Mançester Siti" - "Tottenhem" (İlk oyun - 0:1) oyunlarından sonra məlum olacaq.