Bakıda maşının altında qalan şəxs 1 gün sonra öldü

17 Aprel 2019 12:34 (UTC+04:00)

Bakıda ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, aprelin 15-də saat 4 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Gəncə şəhər sakini E.Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Samir Rüstəmovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada aprelin 16-da orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.