Azərbaycanda "Lexus" dəhşətli qəzaya düşdü - ÖLƏN VAR/HADİSƏ YERİNDƏN FOTOLAR

17 Aprel 2019 16:48 (UTC+04:00)

Bu gün Xaçmazda ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, rayon ərazisində 90 XL 783 dövlət qeydiyyat nişanlı, "Lexus" markalı avtomobil sürüşkən yoldan çıxaraq su kanalına aşıb.

Xan arxı adı ilə tanınan kanala aşan avtomobilin sürücüsü hadisə yerindəcə keçinib.

Hadisə yerinə polis əməkdaşları gəlib.

Dəhşətli qəzanı əks etdirən fotoları təqdim edirik.

Muxtar