Təhsil şöbəsindən şagirdlərin qeyri-etik videosu ilə bağlı AÇIQLAMA

18 Aprel 2019 18:58 (UTC+04:00)

Samux rayon Təhsil şöbəsi rayonun İnstitut qəsəbə tam orta məktəbinin şagirdlərinə aid olduğu bildirilən videogörüntü ilə bağlı araşdırma aparır.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Təhsil şöbəsindən bildirilib.

Qeyd olunub ki, araşdırmanın nəticəsi haqqında ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, mətbuatda İnstitut qəsəbə məktəbinin şagirdlərinin qeyri-etik hərəkətləri yer alan görüntülər yayılıb.