Rusiya bütün Ukraynanı işğal edəcək? - Kravçukdan PROQNOZ

19 Aprel 2019 08:15 (UTC+04:00)

Rusiya Ukraynaya qarşı genişmiqyaslı təcavüzə başlamayacaq.

Publika.az xəbər verir ki, bu haqda Ukraynanın birinci prezidenti (1991-1994) Leonid Kravçuk “112 Ukrayna” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Moskva dövlətlərin sərhədində hərbi gücü nümayiş etdirərək Ukraynanı qorxutmağa çalışır.

“Biz müharibəylə qorxutmaq lazım deyil, müharibə" gedir”, - o qeyd edib.

Xatırladaq ki, Kravçuk yanvarda da oxşar bəyanatla çıxış edib. O vurğulayıb ki, bütün Ukraynanı işğal etmək üçün Rusiyanın hərbi gücü çatacaq, ancaq onda Rusiya lideri Vladimir Putin öz büdcəsinin böyük hissəsini xərcləməli olacaq.

2018-ci ilin dekabrında isə keçmiş prezident iddia edirdi ki, Ukraynanın işğalı halında, Rusiya bir il ərzində mövcud olmayacaq.