Azərbaycan qırıcıları Ermənistanı QORXUYA SALDI: 10 dəqiqə ərzində Qarabağda...

19 Aprel 2019 13:11 (UTC+04:00)

Azərbaycan Hərbi Hava Qüvvələrinin Kürdəmirdə yerləşən hərbi bazası Ermənistanı qorxuya salıb.

Publika.az
xəbər verir ki, Rusiyada erməniyönümlü “Eadaily” saytı hərbi bazanın ictimaiyyətə açıq fotolarını dərc edib.

Sayt yazır ki, bu hərbi baza Dağlıq Qarabağda cəbhə xəttindən 100 kilometr məsafədə yerləşir.

“Bazadan qalxan döyüş təyyarələri 10 dəqiqə ərzində cəbhə xəttinə çata, əməliyyat keçirib geri qayıda bilər. Ermənistanın təyyarələrinin yerləşdiyi “Erebuni” hərbi bazası isə cəbhə xəttindən 200 kilometr məsafədədir və Azərbaycanla müqayisədə Ermənistanın döyüş təyyarələri ən azı iki dəfə azdır. Digər tərəfdən, genişmiqyaslı müharibə zamanı Ermənistan təyyarələri cəbhə xəttində Azərbaycan təyyarələrindən ən azı iki dəfə gec çata bilərlər. Bu, taktiki baxımdan Azərbaycanın hərbi üstünlüyüdür”, - deyə sayt yazıb.

Asif