Türkiyə ordusu İTKİ VERDİ: 2 şəhid, 7 yaralı

20 Aprel 2019 08:00 (UTC+04:00)

Türkiyə-İraq sərhəd xəttində terrorçulara qarşı davam edən əməliyyatlarda 2 türk əsgəri şəhid olub, 7-si yaralanıb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Müdafiə Nazirliyindən bildirilib.

Məlumatda bölgədəki terrorçuların güclü atəş altında saxlandığı, antiterror əməliyyatının davam etdiyi qeyd edilib.