Doğum günü tədbirinə SİLAHLI HÜCUM: 13 ölü, 4 yaralı

20 Aprel 2019 12:40 (UTC+04:00)

Meksikanın Verakruz ştatının Olmek bölgəsində dəhşətli cinayət hadisəsi baş verib.

Publika.az xəbər verir ki, bir qrup şübhəli şəxs bir restoranda keçirilən doğum günü tədbirinə silahlı hücum edib.

Hadisə nəticəsində 13 nəfər ölüb, 4 nəfər yaralanıb.

Ölənlərin hamısı restoranda uşaqlarının doğum gününü qeyd edən ailədən olub. Onlardan 5-i qadın, 1-i azyaşlıdır.

Polis şübhəli şəxslərin axtarışına başlayıb.

Zümrüd