Azərbaycanda qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

20 Aprel 2019 15:48 (UTC+04:00)

Azərbaycan ərazisində qeyri-sabit hava şəraitinin aprelin 24-dək davam edəcəyi, fasilələrlə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib.