ABŞ-ın Azərbaycandakı səfirindən Qarabağ AÇIQLAMASI

20 Aprel 2019 16:28 (UTC+04:00)

Nazirlərin Dağlıq Qarabağ üzrə danışıqları davam etdirəcəklərinə ümid edirəm.

Bunu ABŞ-ın Azərbaycandakı səfir Örl Litzenberger ABŞ Dövlət Departamentinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Vaşinqtona dəvətini şərh edərkən deyib.

O, görüşün tarixi barədə dəqiq məlumat verə bilməyəcəyini vurğulayaraq aprelin 15-də Moskvada Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun erməni həmkarı ilə görüşünü müsbət dəyərləndirib:

“ATƏT-in Minsk qrupu həmsədrlərinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün danışıqların davam etdirilməsidir“. (report)