İtkin düşən 23 yaşlı qız tapıldı

20 Aprel 2019 18:17 (UTC+04:00)

Bakıda itkin düşən qız tapılıb.

Publika.az xəbər verir ki, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, ev 52-də yaşayan, 1996-cı il təvəllüdlü Rüstəmzadə Anagil İlqar qızı aprelin 14-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Rüstəmzadə aprelin 18-də tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.