6 otaqlı ev yandı

20 Aprel 2019 19:21 (UTC+04:00)

Qusarda yanğın baş verib.

Publika.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Piral kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 6 otaqlı evin 1 otağının tavanı 4 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.