Türkiyədə atışma: 4 hərbçi həlak oldu

21 Aprel 2019 08:43 (UTC+04:00)

Türkiyədə PKK ilə atışma zamanı 4 hərbçi həlak olub.

Publika.az xəbər verir ki, atışma Türkiyənin İraqla sərhədində baş verib.

Anti-terror əməliyyatında Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının bölmələri iştirak edir. Bölgədə əməliyyat davam edir.