Bakıda 53 yaşlı kişi cinayət başında tutuldu

21 Aprel 2019 16:28 (UTC+04:00)

Bakıda oğruluğa cəhd etmiş şəxs tutulub.

Publika.az xəbər verir ki, Babək prospektində yerləşən maşınların diski-təkər satışı mağazasindan ümumi dəyəri 1000 manat olan iki ədəd diskləri oğurlayıb qaçmaq istəyən şəxs ərazidəki polislər tərəfindən təqib edilib.

Paytaxt sakini, əvvəllər müxtəlif maddələri ilə məhkum olunmuş,1966-cı il təvəllüdlü Babayev Etibar Xasməmməd oğlu mühafizə polisi tərəfindən saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə təhvil verilib.

Faktla bağlı Xətai RPİ-nin 34-cü PŞ-də araşdırma aparılır.