ABŞ-ın raket daşıyan gəmisi Gürcüstan sahillərində

21 Aprel 2019 22:36 (UTC+04:00)

ABŞ Hərbi Dəniz Qüvvələrinin “Arli Berk USS Ross” (DDG71) raket daşıyan gəmisi aprelin 21-də Batumi limanına daxil olub.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyinin saytında məlumat verilib.

Məlumatda bildirilir ki, USS Ross gəmisinin Batumiyə gəlişi ABŞ-la Gürcüstan arasında əməkdaşlığın inkişafına, eləcə də Qara dəniz regionunda sülhə və təhlükəsizliyə xidmət edir.

İspaniyanın Rota şəhər limanında dayanan USS Ross gəmisi ABŞ-ın 6-cı donanmasının dəniz tapşırıqlarını yerinə yetirir.