Tramp Britaniyaya bu tarixdə səfər edəcək

23 Aprel 2019 08:00 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp iyun ayında Böyük Britaniyaya dövlət səfəri edəcək.

Publika.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

Bildirilir ki, Tramp səfər zamanı Bukinqem sarayını ziyarət etmək niyyətindədir.

Bundan əlavə, Amerika liderinin iyunda həmçinin Fransaya səfəri planlaşdırılır.

Trampın Britaniyaya bundan əvvəlki səfəri 13 iyul 2018-ci il tarixinə təsadüf edib.