Şri-Lankada partlayışlarda ölənlərin sayı 310-a çatdı

23 Aprel 2019 09:57 (UTC+04:00)

Aprelin 21-də Şri-Lankada baş verən partlayışlar nəticəsində ölənlərin sayı gün keçdikcə artmaqdadır.

Publika.az xəbər verir ki, teraktların qurbanlarının sayı 310 nəfərə çatıb. 500-dən çox yaralı var.

Qeyd edək ki, xristianların müqəddəs Pasxa bayramı günü Şri-Lankanın payaxtı Kolombo daxil olmaqla, üç böyük şəhərdə dəhşətli terror aktları qeydə alınıb. Ölkənin 3 böyük kilsəsində və 3 məşhur hotelində baş verən partlayışların sayı 8 olub.

Partlayışlara görə cavabdehliyi heç bir terror qruplaşması öz üzərinə götürməyib. Şri-Lanka hökuməti terroru “Beynəlxalq Təvhid Camaatı” terror təşkilatının törətdiyini açıqlayıb.

Hadisə ilə bağlı 23 aprel tarixi ölkə miqyasında matəm günü elan edilib.