Röyanın Dubay sərgüzəştləri - FOTO

23 Aprel 2019 10:21 (UTC+04:00)

Əməkdar artist Röya Ayxan izləyicilərinə qəzəblənib.

Publika.z xəbər verir ki, sənətçi instaqramda onun ünvanına yazılan xoşagəlməz rəylərdən təngə gəldiyini qeyd edib.

Bərk əsəbiləşən ulduz instaqramda izləyicilərinə bu sözləri ünvanlayıb: "Cılızlar! Bəli. Sizə koment yaraşmır. Hərdən öz həyatınıza baxın, qırqovullar".

Daha sonra Dubay istirahətindən fotolar paylaşan müğənni rəy bölməsini bağlayıb. Onun dostları ilə yaxtada şəkilləri diqqət çəkib.