Füzulidə GÜCLÜ YANĞIN: 16 yaşlı məktəbli zəhərləndi

23 Aprel 2019 14:15 (UTC+04:00)

Füzuli rayonunun Kürdmahmudlu kəndində fərdi yaşayış evində güclü yanğın olub.

Publika.az xəbər verir ki, kənd sakini Quliyev Səfər Məmmədxan oğluna məxsus birmərtəbəli, beşotaqlı evdə yanğın olub.

Yanğın zamanı evin 2 otağı əşyaları ilə birgə yanıb. Hadisə zamanı evdə yatan 16 yaşlı Quliyev Elgül Səfər oğlu zəhərlənib. Yeniyetmə təcili tibbi yardımla rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır qiymətləndirir.

Yanğına elektrik naqillərindəki qısaqapanma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.