Real TV-yə yayım üçün lisenziya verildi

23 Aprel 2019 16:41 (UTC+04:00)

Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) REAL Təhlil və İnformasiya Mərkəzinə ümumrespublika xəbər kanalı kimi müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edib.

MTRŞ-dan Publika.az-a verilən məlumata görə, qərar MTRŞ-nın bu gün keçirilən iclasında qəbul edilib.