Bayden sabah açıqlayacaq: Trampa ŞOK

23 Aprel 2019 23:46 (UTC+04:00)

ABŞ keçmiş prezidenti Barak Obamanın dövründə vitse-prezident vəzifəsini icra edən Co Bayden 2020-ci ildə keçiriləcək prezident seçkilərinə qatılmaq qərarına gəlib.

Publika.az xəbər verir ki, ABŞ KİV-inin Baydenə yaxın mənbələrə istinadən yazdığına görə, Bayden prezidentlik yarışına girmək üçün hazırlıqları tamamlayıb.

Onun sabah namizədliyini açıqlayacağı bildirilir. 76 yaşlı Baydenin ABŞ prezidenti, respublikaçı Donald Trampı məğlub edəcək və demokratları bir araya gətirə biləcək tək namizədin olduğu deyilir.

2020-ci il noyabrın 3-də keçiriləcək 59-cu prezident seçkilərində Demokratlar Partiyasında 20-dən çox şəxsin iştirak edəcəyi deyilir.