Türkiyə S-400 komplekslərini Azərbaycana verəcək? – Ankara SON NÖQTƏNİ QOYDU

24 Aprel 2019 00:27 (UTC+04:00)

Türkiyə Rusiyadan alacaq S-400 zenit-raket komplekslərini Qətər və Azərbaycana verməyi planlaşdırmır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib.

Söhbət S-400-lərin Qətər və Azərbaycana yerləşdirilməsi planlarından getmir. Bu məsələ tərəfimizdən heç vaxt müzakirə olunmayıb. Bu məlumat daim KİV-də dövr edir. Əslində isə bu məsələ ilə bağlı heç bir çətinlik yoxdur. Biz Rusiya ilə saziş bağlamışıq və indi onların göndəriləcəyi vaxtı razılaşdırırıq. Əgər Rusiya kompleksləri Azərbaycana satmaq qərarına gəlsə, o bunu birbaşa, vasitəçisiz edəcək. Xüsusən də, bu ölkələr arasında yaxşı münasibətlər var", - Türkiyənin xarici siyasət idarəsinin başçısı deyib.

Qeyd edək ki, daha əvvəl Türkiyə mediası S-400 komplekslərinin müvəqqəti olaraq Azərbaycan və ya Qətərdə saxlaya biləcəyini iddia etmişdi.