Hər kəs ondan danışır: TARİXƏ KEÇDİ - VİDEO

24 Aprel 2019 01:20 (UTC+04:00)

Futbol üzrə İngiltərə Premyer Liqasının 31-ci turundan təxirə salınan "Uotford" - "Sautgempton" matçında yeni rekord qeydə alınıb.

Publika.az xəbər verir ki, qonaqların futbolçusu Şeyn Lonq Premyer Liqa tarixinin ən erkən qoluna imza atıb.

O, matçın 7-ci saniyəsində fərqlənib. Daha əvvəlki rekord 2008-ci ildə "Bredford"la matçın 9-cu saniyəsində vurğu qolla "Tottenhem"in sabiq futbolçusu Ledli Kinqə məxsus idi.

Qeyd edək ki, "Uotford" - "Sautgempton" matçı 1:1 hesabı ilə başa çatıb. Ev sahibləri 90-cı dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas ola biliblər.

.