ABŞ Türkiyəni NATO-dan çıxara bilməz, çünki... - Çavuşoğlu

24 Aprel 2019 04:45 (UTC+04:00)

ABŞ Türkiyəni NATO-dan çıxara bilməz.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib.

“ABŞ Türkiyəni NATO-dan necə qova bilər? İttifaq çərçivəsində bütün qərarlar yekdil səslə qəbul edilir. Bundan başqa, NATO-nu baş katibi Yens Stoltenberq və onun müavini son dərəcə aydın söyləyib ki, müttəfiqlərdən hər biri öz ehtiyaclarını lazım bildiyi yerdən təmin edə bilər”, - o deyib.