Azərbaycanda tələbə qız özünü körpüdən atdı - TƏFƏRRÜAT

24 Aprel 2019 13:00 (UTC+04:00)

Quba rayonunda 15 yaşlı qızın özünü körpüdən çaya atması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, Quba şəhərində yerləşən Qudyalçayın üzərindəki körpüdən özünü çaya atan 2004-cü il təvəllüdlü F.M rayonda fəaliyyət göstərən kollecin tələbəsidir.

Bildirilir ki, orta məktəbi 9-cu sinifdən tərk edən yeniyetmə qız Qubadakı kollecə daxil olub və 1-ci kurs tələbəsidir. Bir müddət əvvəl onun bir oğlanla münasibəti yaranıb və tələbə yoldaşları arasında bu barədə söz-söhbət yaranıb.

Psixoloji sarsıntı keçirən 15 yaşlı qız özünü körpüdən çaya atıb. Yaxınlıqda olan şəxslər onu Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Faktla bağlı artıq cinayət işi açılıb, araşdırma aparılır.