50 yaşlı qadın faciəvi şəkildə öldü

24 Aprel 2019 16:17 (UTC+04:00)

Ağcabədi rayonunda bədbəxt hadisə baş verib

Publika.az xəbər verir ki, rayonunun Kəbirli kənd sakini, 1969-ci il təvəllüdlü Sevil Məmmədova dəm qazından boğularaq ölüb. Hadisə hamam otağında baş verib. Hadisədən ilk xəbər tutan ailə üzvləri olub. Qadın xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Həkimlər qadının çoxdan öldüyünü bildirib

Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.