Azərbaycanla İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olundu

24 Aprel 2019 17:15 (UTC+04:00)

Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Moskva şəhərində keçirilən VIII Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək nazirinin beynəlxalq əlaqələr üzrə müavini briqada generalı Mohamməd Əhadinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, görüşdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.