Lənkəranda quduzlaşmış it sakinlərə hücum etdi: 9 nəfər... - FOTO

25 Aprel 2019 00:48 (UTC+04:00)

Lənkəranda quduzlaşmış itlər sakinlərə hücum edib.

Publika.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Liman şəhərində baş verib.

Səkkizi kişi olmaqla, 9 nəfər it dişləməsi diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

1957-ci il təvəllüdlü Nailə Abdulhəsən qızı İsmayılova, 1955-ci il təvəllüdlü Şakir Cənnət oğlu Hüseynov, 1994-cü il təvəllüdlü İsa Rövşən oğlu Aslanlı, 1999-cu il təvəllüdlü Tural Sadiq oğlu Kazımlı, 1974-cü il təvəllüdlü Tahir Vəliəhd oğlu Muradov, 1959-cu il təvəllüdlü Meysəm Ağakərim oğlu Əkbərov, 1988-ci il təvəllüdlü Zahid Fərhad oğu Həbibov, 2000-ci il təvəllüdlü Əlifağa Ələkbər oğlu Məmmədov və Anar adlı bir şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Müalicə aldıqdan sonra zərərçəkənlərin əksəriyyəti evə buraxılıb.

Zərərçəkənlərin dediklərindən belə aydın olur ki, onların hamısını eyni it dişləyib. Onların hamısına sabah quduzluğa qarşı vaksin vurulacaq.