Babək prospektində dəhşətli qəza - ÖLƏN VAR

25 Aprel 2019 10:06 (UTC+04:00)

Dünən günorta saatlarında Bakı şəhər Nizami rayonunda ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, saat 15 radələrində Babək prospektində "Reanult" markalı, 90 TL 338 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçməyə çalışan kişini vurub.

Ağır xəsarət alan 49 yaşlı piyada hadisə yerində vəfat edib.

Faktla bağlı Nizami rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.