Polad 20 nəfər “qartalla” bu şəhəri azad edəcək – Türkiyənin hazırlaşdığı yeni müharibənin DETALLARI

25 Aprel 2019 12:38 (UTC+04:00)

Türkiyə ordusu Suriya sərhədinə yeni birliklər və texnika göndərib.

Publika.az
“Yeni Şəfəq” qəzetinə istinadən xəbər verir ki, Suriya sərhədinə toplanan birliklər Fəratın şərqində həyata keçirilməsi planlaşdırılan əməliyyatda iştirak edəcəklər.



Digər tərəfdən, Azad Suriya Ordusu (ASO) da əməliyyata hazırlaşır. ASO-nun tərkibində “xüsusi təyinatlı qüvvələr” olaraq tanınan Hamza Tuqayının komandiri Seyfəttin Polad hazırlıqları təsdiqləyib.

S.Polad əmrində 4 min 500 əsgərin olduğunu və hər birinin xüsusi təlimdən keçdiyini qeyd edib.

“Münbiçdə əməliyyata hazırıq. Terror təşkilatının bütün addımlarına qarşı hazırlıqlar görmüşük. Harada xəndək qazdıqlarını, hara tunellər inşa etdiklərini bir-bir bilirik. Əməliyyat zamanı terrorçuların qaçacağı yerə qədər bütün detallar araşdırılıb”, - deyə o bildirib.



Hərəkətə keçmək üçün Türkiyədən əmr gözlədiklərini deyən Polad 6 min əsgərin arasında 20 xüsusi əsgər seçdiklərini və bu əsgərlərdən ibarət birliyin terrorçularla ən yaxın məsafədə döyüşəcəyini açıqlayıb: “30 ay xüsusi təlim keçən 20 nəfərlik birlik xəndək və binalarda terrorçulara ilk zərbəni vuracaq. Onlar “Qartallar xüsusi birliyi” adlanır”.

S.Polad Münbiçi terrorçulardan təmizləyəcəklərini bildirib.

Asif