Ermənistan Rusiyadan döyüş təyyarələrini bu tarixdə alacaq

25 Aprel 2019 13:00 (UTC+04:00)

Su-30SM təyyarələrinin ilk partiyası gələn ilin əvvəlində Ermənistana veriləcək.

Publika.az
xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri da David Tonoyan deyib.

Onun sözlərinə görə, ilk partiyada 4 təyyarə olacaq.

“Daha sonra bu təyyarələrdən yenə alacağıq. Artıq təyyarələrin alınması üçün ilk ödənişlər Rusiyaya verilib. Ermənistan Rusiyadan yeni silahları almağa davam etdirəcək”, - deyə o bildirib.

Asif