"Galatasaray" FİNALDA: 7 qollu matç - VİDEO

25 Aprel 2019 23:45 (UTC+04:00)

İstanbulun "Qalatasaray" klubu Türkiyə kubokunun finalına yüksəlib.

Publika.az xəbər verir ki, İstanbul təmsilçisi yarımfinal mərhələsinin cavab matçında səfərdə "Malatyaspor"la qarşılaşmada 5:2 hesablı qələbə qazanıb.

"Galatasaray" mayın 16-da Sivas şəhərində təşkil olunacaq final matçında "Akhisarspor"la qarşılaşacaq.