Putin Şimali Koreyaya gedəcək

26 Aprel 2019 07:35 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin Koreya Xalq Demokratik Respublikasına getməyə razılaşıb.

Publika.az xəbər verir ki, Koreyanın Mərkəzi Teleqraf Agentliyinin (STAK) yazdığına görə, Putin Şimali Koreya lideri Kim Çen Inın dəvətini qəbul edib.

Putinin Şimali Koreyaya mümkün səfərinin tarixi ilə dəqiq deyil.

Qeyd edək ki, dövlət başçıları ötən gün Rusiyanın Vladivostok şəhərində görüşüblər.