Tovuzda bıçaqlanan şəxs xəstəxanada öldü

27 Aprel 2019 21:33 (UTC+04:00)

Tovuzda bıçaqlanan şəxs xəstəxanada ölüb.

Aprelin 20-də rayon sakini, 70 yaşlı Cəlal Səməd oğlu Tağıyev bıçaq xəsarəti ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və bu gün xəstəxanada ölüb.

Hadisəni törədən, Yanıqlı kənd sakini, 1971-ci il təvəllüdlü Mikayıl Oktay oğlu Abdıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır./report