İranın xarici işlər naziri Şimali Koreyaya gedir

28 Aprel 2019 11:29 (UTC+04:00)

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yaxın vaxtlarda Şimali Koreyaya səfər etməyi planlaşdırır.

Bu barədə nazirə istinadən "Mehr" agentliyi məlumat yayıb.

"(KXDR — red.)-ə səfər mənim gündəliyimdə var və tarix də tezliklə açıqlanacaq", - deyə nazir bildirib.

Zərif həmçinin əlavə edib ki, yaxın 10 gün ərzində iki qonşu ölkəni ziyarət edəcək, ardınca isə ikitərəfli ələqaləri müzakirə etmək üçün Rusiyaya yollanacaq.(Report)