Xorvatiyanın XİN rəhbəri Azərbaycana gəldi

28 Aprel 2019 21:32 (UTC+04:00)

Xorvatiya Baş Nazirinin Müavini və Xarici və Avropa Əlaqələri naziri Mariya Peyçinoviç-Buriç Azərbaycana səfərə gəlib.

Publika.az xəbər verir ki, nazir səfər çərçivəsində aprelin 29-da Bakıda keçiriləcək Azərbaycan-Xorvatiya biznes forumunda iştirak edəcək.

Daha sonra xanım Nazirin iştirakı ilə Xorvatiyanın BakıdakıSəfirliyinin açılış mərasimi keçiriləcək, mərasimdən sonra isə sərgi və rəsmi qəbul təşkil olunacaq.