"Formula 1"-in açılışında Azərbaycan himni yeni aranjimanda - VİDEO

28 Aprel 2019 21:40 (UTC+04:00)

Bakıda keçirilən "Formula 1" Azərbaycan Qran-Prisinin açılış mərasimində Azərbaycan Dövlət himni yeni aranjimanda səsləndirilib.

Publika.az-ın məlumatına görə, Dövlət himnimiz tar, kamança və digər alətlərin müşayiəti ilə müğənnilər Bəyimxanım Vəliyeva və Nurlan Növrəsli tərəfindən yeni aranjimanda ifa olunub.