ABŞ-da kilsə yaxınlığında 7 nəfər güllələndi - TƏFƏRRÜAT (YENİLƏNDİ)

29 Aprel 2019 09:33 (UTC+04:00)

ABŞ-ın Merilend ştatının Baltimor şəhərində Perkins meydanında yerləşən baptist kilsəsi yaxınlığında baş verən silahlı insidentin təfərrütları məlum olub.

Publika.az xəbər verir ki, yerli polis hadisə nəticəsində 1 nəfərin öldüyünü, 7 nəfərin xəsarət aldığını açıqlayıb.

Yerli vaxtla saat 17:00-da meydana gələn silahlı hücumun hədəfinin küçədə piknik edən şəxslər olduğu bildirilib.

***

ABŞ-ın Baltimor şəhərinin (Merilend ştatı) Perkins meydanında yerləşən baptist kilsəsi yaxınlığında 7 nəfər güllələnib.

Publika.az "Report"a istinadən xəbər verir ki, yaralıların vəziyyəti məlum deyil.

Əraziyə çoxlu sayda polis əməkdaşı cəlb olunub. Polis silahlı insident nəticəsində bir nəfərin öldüyünü təsdiq edib.

Zümrüd