Bu ölkənin paytaxtı dəyişdirilir

29 Aprel 2019 16:13 (UTC+04:00)

İndoneziya Respublikasının paytaxtı dəyişdirilir.

Publika.az xəbər verir ki, hökumət paytaxtın Cakarta şəhərindən başqa yerə köçürülməsinə dair qərar qəbul edib.

Paytaxtın hara köçürüləcəyi hələlik məlum deyil.

Dəyişikliyə səbəb olaraq hazırkı paytaxtın yerləşdiyi Yava adasında demoqrafik sıxlıq göstərilib.