Mirşahinin ictimailəşdirdiyi yazışmalar və Sevincin darmadağın olan mələk obrazı

29 Aprel 2019 18:33 (UTC+04:00)

Söhbəti mahiyyətini təhrif etmək istəyirlər… Guya ki, Mirşahinin icitmailəşdirdiyi məlum yazışma şəxsi həyata müdaxilə cəhdidir. Amma nə yazışma təkzib olunur, nə də intim münasibətlərə dair deyilənlər…

Sevinc TV-nin “fanatları” ortaya şantaj iddiası atıb, müzakirələrin istiqamətini dəyişməyə çalışırlar. Sevincin özü də iddianı inkar eləmir. Nə xarici kəşfiyyat orqanının əməkdaşı ilə intim əlaqələri barədə deyilənlərə toxunur, nə də nümayiş olunmuş fotolara münasibət bildirir. Yalnızca, “Məni şantaj edirlər” deyir…

Şantajdırmı?

Əlbəttə ki, yox. Söhbət ondan getmir ki, Sevinc niyə intim həyatı yaşayır. Heç Mirşahin də ortaya belə bir sual qoymayıb. Burada diqqət Sevincin tərəf müqabilinin kimliyinə və onların əlaqələrindəki kəşfiyyat xəttinə yönəldilir. Yəni əgər Sevincin yatağına adi bir amerikalı hakim olsaydı, Mirşahin bu münasibətlərə VAXTInı sərf etməyəcəkdi. Sevincin “sevib-seçdiyi” adam xarici kəşfiyyat orqanının əməkdaşıdır. Deməli, onların münasibətlərini icitmailəşdirdiyinə görə Mirşahinə ancaq haqq qazandırmaq olar. Onun açıb-ağartdığı məsələ heç bir halda “şəxsi həyata müdaxilə cəhdi” kimi qiymətləndirilə bilməz.

Sevinc ictimai fiqurdur. Özünü dinləyicilərə “obyektiv jurnalist” və “ədalət carçısı” kimi təqdim etməyə çalışır. İddia edir ki, göstərdikləri, danışdıqları və yazdıqları şəxsi müşahidələrinə əsaslanır. Müzakirəyə çıxardığı mövzuların da özü tərəfindən müəyyənləşdirildiyini dəfələrlə dilə gətirib. Mirşahinin ictimailəşdirdiyi yazışmalar və fotolar isə Sevincin mələk obrazını tamamilə darmadağın edir və Sevinc TV-yə ürək qızdıran tamaşaçılara göstərilən və danışılan nə varsa, hamısının xarici xüsusi xidmət orqanları tərəfindən tərtib olunduğunu düşünmək üçün ciddi əsas yaradır. Tamaşaçı bilməlidir ki, xəbər yaymaqla kifayətlənməyib, onu küçələrə səsləyən, etirazlara həvəsləndirən xanım əslində kimdir və kiminlə əlaqədədir. Bu baxımdan, Mirşahinin ictimailəşdirdiyi məsələlər “şəxsi həyata müdaxilə cəhdi” kimi deyil, demokratiya mücahidi qismində çıxış edən bir jurnalsitin tamaşaçıya daha yaxından tanıdılması xüsusunda qiymətləndirilməlidir.

Qoy Sevinc TV-ni izləyənlər düşünsünlər:

Xarici xüsusui xidmət orqanının əməkdaşı ilə isti münasibətdə olan xanım jurnalist öz idddialarında və şərhlərində nə dərəcədə obyektiv ola bilər? Ortaya çıxmış yazışmalar, yataq münasibətlərini təsdiq edən digər dəlillər Sevinc TV-nin özünün xüsusi xidmət şəbəkəsi tərəfindən ərsəyə gətirildiyini deməyə əsas vermirmi?

Sevinc o xanımdır ki, jurnalist fəaliyyətini tamamilə bir kənara qoyub, hakimiyyəti dəyişmək uğrunda mübarizə aparır. Ölkənin qarışması, sabitliyin pozulması məqsədinə xidmət edən açıq çağırışlar edir. Belə bir adamın xarici kəşfiyyat idarələrilə əlaqədə olması, xüsusi xidmət zabiti ilə intim münasibətlərə girməsi onun təhüləki oyunlar içində olduğunu göstərmirmi?..

Bax, Mirşahin cəmiyyəti bu suallar ətrafında düşünməyə dəvət edir, bu məqamlara diqqət yönəltməyə çalışır. “Şəxsi həyata müdaxilə cəhdi”, “Şantaj” iddiaları ortaya çıxarılmış dəlillər qarşısında acizlik nümayişindən başqa bir şey deyil.

Bəli, Mirşahin həm də çağırış edir. Deyir ki, Sevinc, taxtını, yəni yatağını, xarici xüsusi xidmət orqanları üçün instuktaj platformasına çevirmə! Düz demir? (Missiya.az)