Ərdoğandan Trampa GÜNDƏMİ DƏYİŞDİRƏCƏK TƏKLİF

29 Aprel 2019 19:44 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ərdoğan Trampa Rusiyadan alınacaq S-400 zenit-raket kompleksləri ilə bağlı birgə işçi qrupunun yaradılması təklif edib.

Liderlərin söhbətində ikitərəfli və regional məsələləri müzakirə edilib, 75 milyard dollarlıq ticarət dövriyyəsi ilə bağlı hədəfdən danışılıb. Ölkə prezidentləri həmçinin, Suriyadakı prosesləri müzakirə ediblər və terrorla mübarizədə sıx əməkdaşlığın vacibliyini dilə gətiriblər.