Poroşenko beynəlxalq tribunala cəlb edilsin - ŞOK ÇAĞIRIŞ

30 Aprel 2019 04:37 (UTC+04:00)

“Almaniya üçün Alternativ” partiyasından deputat Qunnar Lindemann Ukrayna prezidenti Petro Poroşenkonu beynəlxalq tribunala cəlb etməyə çağırıb.

Publika.az xəbər verir ki, o, bu haqda Rusiyanın “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində bildirib.

“Tribunala cəlb etmək üçün Poroşenkonun hərbi cinayətlərinin birbaşa sübutlarını yığmaq lazımdır. Doğrusu, artıq uzun vaxtdır ki, LXR və DXR-in (Ukraynanın şərqində yaradılan separatçı qurumlar – red.) ədliyyə orqanları bununla məşğul olurlar”, - parlament üzvü deyib.

Lindemann ümid etdiyini ifadə edib ki, yeni prezident Vladimir Zelenskinin inaqurasiyasından sonra dünya cəmiyyəti əvvəlki beş il ərzində Donbasda hərbi cinayətlərin araşdırılmasına böyük diqqət ayıracaq.